Yazı qaydaları
Konfrans məruzələrinin tərtibi qaydaları
- Konfransa məruzələr tam mətn formasında Azərbaycan, Türk və İngilis dillərində qəbul edilir.
Məruzələr aşağıda göstərilən qaydalara uyğun olaraq Word formatında (doc.) və 3000 - 4000 söz
həcmində hazırlanmalıdır. Cədvəl, qrafik, şəkil və sxemlər kimi əlavələr də səhifə sayına
daxildir. Məruzələr bu e-mailə göndərilməlidir: [email protected]
- Məruzə başlığı ən çox 8 sözdən ibarət olmalı, ingiliscə xülasədən əvvəl ingiliscə məruzənin
başlığı verilməlidir. Xülasə 150-200 söz arası olmaqla yanaşı, həm məruzənin yazıldığı dildə,
həm də ingiliscə yazılmalıdır. Xülasədən sonra məruzənin yazıldığı dildə və ingilis dilində 5
sözdən ibarət açar sözlər yazılmalıdır.
Səhifə tərtibatı
- Səhifə kənarları: Sol: 2,5sm Sağ: 2sm Üst: 2.5sm Alt: 2sm
- Abzas: 1,00 sm
- Sətir aralığı: 1,0 pn
Şrift tipi və ölçüsü
- Əsas başlıq:Times New Roman, 11 şrift, qalın, HAMISI BÖYÜK HƏRFLƏ
- İngiliscə başlıq:Times New Roman, 10 şrift, qalın, Baş Hərflər Böyük
- Alt başlıqlar:Times New Roman, 11 şrift, qalın, Baş Hərflər Böyük
- Ədəbiyyat başlıgı:Times New Roman, 11 şrift, qalın, HAMISI BÖYÜK HƏRFLƏ
- Xülasə başlıqları:Times New Roman, 10 şrift, qalın
- Xülasə mətnləri:Times New Roman, 10 şrift
- Açar sözlər:Times New Roman, 10 şrift italik
- Əsas mətn:Times New Roman, 11 şrift
- Cədvəl, qrafik və s.:Times New Roman, 10 şrift
- Ədəbiyyat siyahısı:Times New Roman, 11 şrift
Alt başlıqlar rəqəmlərlə göstərilməlidir. Giriş, nəticə və ədəbiyyat nömrələnmir.
Əsas başlıqdan sonrakı ilk sətirdə sağ tərəfdə “elmi dərəcə, ad, soyad”, həmmmüəlliflərin adları isə
ayrı-ayrı sətirdə yazılmalıdır.
İş yeri haqqında məlumat və e-poct adresləri sətiraltı qeyddə veriləcəkdir (Sətiraltı qeyd: Times
New Roman, 10 şrift).
Açar sözlərin altında sol tərəfdə UOT (JEL) kodlar göstərilir – İtalik, 10 şrift
İstinad metodu
Mətndə mötərizə içi istinad göstərmə (soyad, il: səhifə nömrəsi). İkidən çox müəllifi olan
qaynaqlara istinad edildikdə, ilk yazarın soyadı ilə birlikdə “və digərləri” ifadəsi də
verilməlidir. İnternet qaynaqlarına istinadlarda adres sətrinin hamısı mötərizənin içərisində qeyd
edilmir, müəllif bəlli deyilsə, istifadə edilən qurumun adı yazılır, internet adres sətri
ədəbiyyatda göstərilir.
Nümunə:
1.Həmkarlar İttifaqı işçilərinin əmək və istirahət hüququnun pozulmasında təqsirkar şəxslərə qarşı
öz səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun qaydada tədbirlər görür (Mehbalıyev, 2012: 15).
2.İdarəetmə proseslərinin idarəetmə orqanları ilə qarşılıqlı əlaqədə olması həmin proseslərə sistem
halında yanaşılmanı tələb edir (Mahmudov və digərləri, 2012: 175)
Şəkil, xəritə, cədvəl və sxemlər
Məqalədə istifadə edilən şəkil, xəritə, cədvəl və sxemlər mətn içində ortaya çəkilmiş şəkildə
verilməli, hər bir şəkil, xəritə, cədvəl və sxem nömrələnməlidir. Times New Roman 10 şrift ilə
yazılmalıdır
Ədəbiyyat siyahısı
Sonda istifadə olunmuş ədəbiyyat əlifba sırası ilə düzülür və nömrələnir.
Nümunələr:
- Azərbaycanın statistik göstəriciləri. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, Bakı:
9 №-li kiçik müəssisə, 2013.
- Hacıyev Ş.H., Bayramov Ə.İ. Dünya iqtisadiyyatının tarixi. Bakı: İqtisad Universiteti, 2011.
- Huntington, Samuel P, Joan M. Nelson. No easy choice: political participation in developing
countries, Harvard University Press, 1976.
- Nuriyev Ə.X. Azərbaycanın müasir sosial-iqtisadi inkişaf strategiyası: formalaşdırılması və
reallaşdırılmasının konseptual əsasları / Azərbaycan regionlarının sosial-iqtisadi inkişafi:
problemlər, inkişaf meylləri mövzusunda respublika elmi - praktiki konfransın materialları.
Bakı: Avropa, 2011, s. 13-18.
- Tokvil Alexis. Amerikada demokrasi, Türk Siyasi İlimler Derneği Yaymları, İstanbul, 1962.
- Azərbaycan
İqtisadiyyatı: Murad Qurbanov =>