Konfransa Müraciət Şərtləri


Konfransa müraciət etmək üçün ilk növbədə müraciət bölməsindən qeydiyyatdan keçmək lazımdır.

Konfransa məruzənin xülasəsi ilə müraciət edilə bilər. Xülasənin son göndərilmə tarixi 17.09.2022-ci ildir. Məruzənin tam mətni 10.10.2022-ci il tarixinə kimi göndərilməlidir.
Konfransın dili Azərbaycan, Türk və İngilis dilidir.
Məruzə mətni yazı qaydalarına uyğun hazırlanmalıdır. Məruzələr antiplagiat sistemində yoxlanılacaqdır.
Konfransa bakalavr səviyyəsində tələbə məruzəsi qəbul edilməyəcəkdir.
Önəmli qeyd: Hazırlanacaq məruzənin konfransın mövzularını əhatə edən tədqiqatlar aid olmasına diqqət yetirilməsi xahiş olunur.

Digər şərtlər

Konfrans iştirakçıları nəqliyyat və otel xərclərini özləri qarşılayacaqlar.
Əvvəldən bildirildiyi halda xaricdən gələn qonaqlar Akademiyanın qonaq evindən istifadə edə bilərlər.
Tövsiyə olunan mehmanxanalarla bağlı məlumat daha sonra elan olunacaq.

Konfrans Kordinator
Dos. Hicran Mirzəyeva