Konfransın keçirilməsinin əsas məqsədi Türk Dünyası aydınlarını bir araya toplayaraq sosial elmlər sahəsində əldə etdikləri bilikləri paylaşmaq, geniş fikir mübadiləsi etmək, elmi-texniki tərəqqinin təsiri ilə yaranmış yeni paradiqmaları müəyyən etmək, humanist məqsədləri rəhbər tutaraq milli maraq və mənafeyə üstünlük vermək, beynəlxalq standartları nəzərə almaqla cəmiyyətin inkişaf vektoruna uyğun gələn yeni ideyaları qarşılıqlı dialoqa əsaslanmaqla dəstəkləmək və təbliğ etmək, maraqlı təklifləri lazımi qurumlara çatdırmaqdır.